“Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı “Yol xəritəsi” hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Həmin sənəd tədbirlər kompleksidir və hazırlanarkən qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb”.
Bu barədə açıqlamasında Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, artıq Nazirlər Kabineti “Yol xəritəsi”nə rəy verilməsi üçün onu müvafiq qurumlara göndərb: “Bundan sonra isə “Yol xəritəsi”nin tətbiqi istiqamətində müxtəlif səpkili tədbirlərin görülməsi gözlənilir”.
V.Novruzov qeyd edib ki, sənəddə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müddəalar, o cümlədən uçotun, hesabatlılığın, nəzarətin təkmilləşdirilməsi, ictimai nəzarətin geniş tətbiq edilməsi kimi məsələlər yer alıb: “Əsas məqsəd sahibkarların vergi yükünün optimal səviyyədə yüngülləşdirilməsidir ki, vergidənyayınma halları, “kölgə iqtisadiyyatı” olmasın”.
Xatırladaq ki, ölkədə “kölgə iqtisadiyyatı”nın azaldılması, şəffaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketinin Milli Məclisə daxil olması gözlənilir.