17 C
Baku
Friday, October 18, 2024

“İnternational” BOKT ötən il 3 dəfə artıq sığorta xərci çəkib – Audit xərcində isə kəskin azalma

“İnternational” BOKT 2019-cu il ərzində 598 min 94 manatlıq inzibati və digər əməliyyat xərci edib ki, bu da 2018-ci il ilə müqayisədə 10% daha çoxdur.

Banker.az bu barədə BOKT-un 2019-cu il audit hesabatına istinad edir.

BOKT-un 2019-cu il ərzində əməliyyat xərclərinin 256 min 99 manatını icarə xərcləri, 22 min 587 manatını ofis ləvazimatları xərcləri, 114 min 665 manatını İl üzrə köhnəlmə və amortizasiya ayırmaları, 30 min manatı üzvlük haqları, 15 min 136 manatını Audit və peşəkar xidmət xərcləri, 20 min 782 manatını sığorta xərcləri təşkil edib.

BOKT-un audit xərcləri 2019-cu ildə 2018-ci ildən 3,8 dəfə az, sığorta xərcləri isə 3 dəfə çox olub.

Son xəbərlər
Digər xəbərlər