Ölkədə koronavirusdan sağalanların sayı 2 198-ə çatdı

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər