“Holcim-Azerbaijan” ASC-nin səhmdarlarının iyunun 3-nə təyin edilmiş illik ümumi yığıncağı qeyri-müəyyən tarixə qədər təxirə salınıb. Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Məlumatda deyilir ki, ölkədə koronavirus (COVID-19) pandemiyasının yayılma vəziyyəti, tətbiq olunan məhdudiyyətlər tələbləri nəzərə alınaraq yığıncağın növbəti aylarda keçirilməsi nəzərdə tutulub.