Bank sistemində müəyyən mənada hərbiçilərə çox vaxt skeptik yanaşılıb. Bu peşə sahiblərinin özlərində daşıdıqları risk ondan ibarətdirki, hərbiçi işlədiyi hərbi hissədən istənilən vaxt digər regiona köçürülə bilər və kreditin ödənilməsində problemlər yarana bilər.
Hazırda banklar üçün hərbiçilərin kreditləşməsində digər risk yaxınlarda baş verən hərbi qarşıdurmanı göstərmək olar. Bu hadisədən sonra bir çox banklar ümumiyyətlə hərbiçilərin kreditləşməsini dayandırıb – buda öz növbəsində bankların riskləri sığortalamaq baxımından məntiqlidir.
Amma paradoksal məqam ondan ibarətdirki, vətənimizin keşiyində duran şəxslər niyə görə kreditdən məhrum olmalıdırlar? Bu ki onların şəxsi keyfiyyətlərindən, işləmə bacarıqlarından asılı deyil?
Banker.az olara düşünürük ki, bu məsələyə dövlətin müdaxiləsi mütləqdir. Yaxşı olardıki dövlət orqanları, misal üçün Müdafiə nazirliyi banklara müəyyən həcmdə vəsaitlər köçürməklə yalnız hərbiçilərin kreditləşməsi prosesini öz üzərinə götürsün ,necə ki bu proses SKMF kreditləri ilə baş verir. Bu həm dövlətin hərbiçilərə qayğısını, həmçinində bu riskli peşənin seçimində əlavə motivasiya rolunu öynamış olar.