Karantin rejiminin tətbiq edildiyi və xüsusən də uçuşların dayandırıldığıl ilk günlərdə xaricdə qalan vətəndaşlarımızın Azərbaycana gətirilməsi dövlət hesabına həyata keçirilirdi. Bu müddət ərzində 10 mindən çox vətəndaşımız ölkəmizə gətirilib”.
B
unu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Artıq bundan sonrakı mərhələdə xaricdə olan vətəndaşların ölkəmizə təxliyəsi ödənişli həyata keçirilir”, – deyə İ.Məmmədov deyib.






