ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı dərmanın hazırlannması üçün üç aylıq maaşını ayırıb. Bu barədə “TASS” xəbər verib.
Onun sözlərinə görə, o, peyvəndin hazırlanması üçün 100 min dollar məbləğində ianə edib. Pul Səhiyyə Nazirliyinə və sosial xidmətlərə koronavirusun müalicəsi və qarşısının alınması məqsədi ilə yeni dərmanların hazırlanmasında səylərin dəstəklənməsi üçün göndərilib.
Bundan əvvəl də, dövlət başçısı 2019-cu ilin dördüncü rübündə koronavirusla mübarizəyə öz əmək haqqısını vermişdi.