Bu gündən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına dair qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur.