Uhan bazarının koronavirusun yayılma mənbəyi olması fikri yanlışdır.
“Global Times” bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Qao Funun açıqlamasına istinadla xəbər yayıb.
Onun sözlərinə görə, dəniz məhsulları bazarının virusun mənbəyi olması düşünülür, amma bazar qurban kimi önə verilib. Əslində isə, yeni növ koronavirus bundan xeyli əvvəl mövcud olub.
Mərkəzdən verilən məlumata əsasən, alimlər araşdırılan heyvan nümunələrində koronavirus infeksiyası aşkar etməyiblər, buna görə də, alıcıların yoluxması mümkün deyil.
Çində koronavirusa ilk yoluxan şəxsin 55 yaşlı Hubey sakini olduğu bildirilir. O, 2019-cu ilin 17 noyabrında virusa yoluxub.