Yaponiyanın İqtisadiyyat naziri Yasutoşi Nişimura Honkonq (dünyanın maliyyə hub-ı) məsələsinə görə ABŞ və Çin arasında gedən çəkişməsi dünya iqtisadiyyatı üçün yeni risk yaradacağını deyib. O, bu riskin, bu çəkişmə nəticəsində Honkonqun maliyyə hub-ından məhrum olması nəticəsində yarana biləcəyini deyib.
Banker.az bildirir ki, bunu nazir, Yapon telekanal olan NHK-yə müsahibəsində deyib.
“Honqkonqun vəziyyəti məni narahat edir”, Nişimura deyib. Nazir qeyd edir ki, əgər şəhər beynəlxalq maliyyə mərkəzi statusundan məhrum olsa, bu dünya iqtisadiyyatı üçün çox neqativ təsir edəcək.
Artıq ABŞ hökuməti hesab edir ki, Pekin Honkonqu öz içində əritməyə qərar verib, bu səbəblə Honkonqla iqtisadi əlaqələrdə fərqli rejim tətbiq etməyin mənası qalmayıb. Dünyanın 5 ən önəmli birjası barədə Donald Tramp da sərt çıxılşar edərək, Çinin tutduğu sözə əməl etmədiyini qeyd edib.
ABŞ Prezidenti məhz bu səbəbdən Birləşmiş Ştatlar Çin Xalq Respublikasının və Honkonqun rəsmi şəxslərinə qarşı sanksiya tətbiq ediləcəyini deyib. Bundan başqa, ABŞ bütün imtiyazları, xüsusən Honkonqun istifadə etdiyi ticarət imtiyazlarını ləğv edir.