7 C
Baku
Thursday, December 12, 2024

Şərəbçılıqla bağlı dövlət rüsumu ləğv edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Banker.az xəbər verir ki, dəyişikliklə şərabçılıq məhsullarına adların verilməsinə görə dövlət rüsumunun ləğv olunması təklif edilib.

Dəyişikliklə qanunun 18.62-ci maddəsinin (Adlar verilən şərabçılıq məhsullarına görə) 18.62.2 və 18.62.3-cü bəndləri ləğv edilib.

Adlar verilən şərabçılıq məhsullarının dövlət reysterində qeydiyyata alınması və attestasiyası üçün isə 10 manat dövlət rüsumu ləğv olunub.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər