“Nurgün Group”un əsas pay sahibi olduğu “Rəvan Sığorta” ASC baş ofisinin ünvanını genişləndirib.
Banker.az saytının əldə etdiyi məlumata görə, Bakı şəhəri Koroğlu Rəhimov küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeyri-yaşayış sahəsi satın alıb.
Sığorta Şirkəti əvvəlki baş ofisinin bir addımlığında olan, ümumi sahəsi 391.6 m2 olan 3.88 mln. manat dəyərində və 82 m2 olan 812 min manatlıq qeyri-yaşayış sahəsi alıb. Alqı-satqı müqaviləsinin hər ikisi Ruslan İbrahimbəyli Mürşid oğlu ilə bağlanıb. Cəm olaraq buna görə sığorta şirkəti 4.69 mln. manatından keçib.
Bu sahənin alışından sonra “Rəvan Sığorta” rəsmən fəaliyyət ünvanı Fətəli xan Xoyski 104 kimi qeyd edilib.
“Rəvan Sığorta” – 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır, 8.9 mln. manatlıq səhm kapitalına sahibdir. Səhmlərinin 49.1%-i “Nurgün Group”a, 42.36%-i “Nurgün Motors”a və 8.54%-i isə ötən ay lisenziyası ləğv edilən “NBC Bank”a məxsusdur.