9 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondunun valyuta hərraclarındakı satışını 56% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Banker.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

May ayında isə ARDNF-in valyuta satışının məbləği 334 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayına nisbətən 5,2% azdır.

Son xəbərlər
Digər xəbərlər