“Hər abituriyent imtahana gələrkən koronavirusla əlaqəli bəyənnamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O qeyd edib ki, şagird və valideynlər ailəsində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmayıblar: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştira edə bilərlər”.