2 C
Baku
Saturday, December 14, 2024

Pandemiya ölkəmizdə sürətli pulköçürməni ikiqat azaldıb: anti-rekord

Respublika ərazində fəaliyyət göstərən banklara (eləcə də onlardan kənara) sürətli pulköçürmələr üzrə daxil olmaların həcmində mühüm azalmalar müşahidə edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan hesabatda deyilib.

Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq edildiyi aprel ayı ərzində 73.7 mln. manatlıq sürətli pul köçürmələr üzrə vəsait daxil olub. Bu cari ilin yanvarında 229 mln. manat, fevralında 220 mln. manat və martında isə 185.6 mln. manatlıq banklara bu növ əməliyyatlar üzrə vəsait daxil olmuşdu. Ötən ilin eyni dövründə isə 170.1 mln. manat təşkil edirdi ki, bu il 2.3 dəfə azalma deməkdir.

O cümlədən, banklardan kənara sürətli pul köçürmələr üzrə əməliyyatların həcmi 39.6 mln. manat olub. 2020-ci ilin ilk rübünə nəzər salsaq: yanvarda 69.6 mln., fevralda 84.4 mln. və martda isə 58.7 mln. manatlıq pul köçürülüb.

121 1
Mənbə: AMB
Son xəbərlər
Digər xəbərlər