“AXA MBASK” sığorta şirkəti yığdığından daha çox ödəniş edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
“AXA MBASK” sığorta şirkəti 2020-ci ilin aprelində 5 min manat yığıma qarşı 215 min manat ödəniş edib. 2019-cu ilin aprelində sığorta şirkətinin topladığı sığorta haqları 1 milyon manat, sığorta ödənişləri isə 2 milyon 767 min manat olub.
Bildirək ki, sığorta şirkəti cari ildə 4 aydır ki, yığdığından daha çox ödəniş edib. Belə ki, “AXA MBASK” sığorta şirkəti 2020-ci ilin yanvarında 2 min yığıma qarşı 118 min manat, fevralında 2 min manat yığıma qarşı 157 min manat, martında isə 5 min manat yığıma qarşı 201 min manat ödəniş edib.
Onu da qeyd edək ki, MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir. Şirkətin nizamnamə kapitalı 23 933 828 manatdır və qanuni təmsilçisi Selcuk Adıguzeldir.