“Twitter” in idarə heyətinin sədri Omid Kordestani istefa edib.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
Qeyd edildiyi kimi, onun yerinə şirkətin keçmiş maliyyə direktoru Patrik Piçett təyin edilib.
“Twitter-in idarəetmə qrupunun və rəhbərliyinin gücünü nəzərə alaraq, inanırıq ki, idarəetmə strukturumuzu inkişaf etdirməyin vaxtıdır”, – yeni sədr bildirir.
Xatırladaq ki, Kordestani direktorlar şurasının sədri vəzifəsinə 2015-ci ildə təyin edilmişdir, bu barədə CNBC məlumat verib.
Şirkətin rəhbərliyindəki dəyişikliklər ABŞ prezidenti Donald Tramp ilə münasibətlərin pisləşməsi fonunda baş tutub. Mayın sonunda o, “Twitter” i bağlamaq istədiyini açıqlamışdı.
“Əgər o [Twitter] qanuni olaraq bağlana bilsəydi, mən bunu edərdim”, – Tramp.