Dahi insanlar ən qəribə davranışlara da sahib ola bilərlər. İstedadlı insanların bir çox hərəkətləri bağışlanır, dahilərə isə demək olar ki, hər şeyi bağışlamaq mümkündür. Bir çox yazıçılar öz ekssentrik davranışları ilə məşhur olmuşlar və hətta onların bəzilərinin bu davranışları onlara öz kitablarından daha çox məşhurluq gətirmişdi. Yəqin ki, çoxları Qoqolun “Ölü ruhlar” əsərinin ikinci cildinin əl yazmasını naməlum şəkildə yandırdığını bilir. Hunter Thompson isə ümumiyyətlə özünün bütün narkotrip və çirkin davranışlarını təsvir etmişdi.
Bu məqalədə keçmiş və müasir yazıçıların qəribə davranışları toplanıb. Bunlarla tanış olun və unutmayın ki, “belə davranışlar yalnız dahilərə icazə verilir”.
Nikolay Qoqol Moskvadakı evində “Ölü ruhlar” əsərinin davamını oda ataraq yandırmışdı. Qoqolun xidmətçisi Semenin yalvarışlarına baxmayaraq, o əsərin ikinci cildinin əlyazmasını yandıraraq məhv etdi.
Aleksandr Düma bir dəfə belə bir dueldə iştirak etmişdi. İştirakçılar püşk atırdı və uduzan özünü güllələməli idi. Püşk atıldı və Düma uduzdu. Bunun ardınca o özünü güllələmək üçün qonşu otağa keçdi. Atəş açıldı, daha sonra isə Düma qayıdaraq iştirakçılara bu sözləri dedi: “Mən atəş açdım, amma hədəfdən yan keçdi”.
Uilyam Berrouz yığıncaqların birində qonaqları əyləndirmək fikrinə düşmüşdü. Yazıçı oxatan William Tellin hərəkətini təkrar etmək istədi. Qeyd edək ki, Tell oğlunun başına alma qoyaraq oxla almanı vurmuşdu. Belə ki, Berrouz həyat yoldaşı Coan Vollmerin başına stəkan qoyaraq tapançadan atəş açdı. Güllənin stəkana deyil həyat yoldaşının başına dəyməsindən o yerindəcə keçinmişdi.
İkinci Dünya Müharibəsi başladıqdan sonra Marina Tsvetaevanı Tatarıstandakı Elabuq şəhərinə evakuasiyaya göndərdilər. Əşyaları yığmaqda ona Boris Pasternyak kömək edirdi. O çamadanları bağlamaq üçün ip gətirmişdi və onun möhkəmliyi ilə bağlı belə bir zarafat etdi: “İp hər bir ağırlığa tab gətirər, istiyirsən lap özünü as”. Daha sonradan ona bildirmişdilər ki, Marina Elaburda məhz elə həmin iplə özünü asmışdır.
1835-ci ildə Yer kürəsinin yaxınlığından Qalleya kometası keçmişdi. İki həftə sonra isə Mark Tven dünyaya gəldi. 1909-cu ildə o yazmışdı: “Mən bu dünyaya komet ilə gəlmişəm və gələn il onlar növbəti dəfə gəldikdə bu dünyadan gedəcəm”. Belə də oldu. Mark Tven 1910-cu il aprelin 21-də kometanın Yer kürəsi yaxınlığından keçməsindən bir gün sonra vəfat etdi.
Hunter Thompson öz “Las-Veqasda qorxu və nifrət” adlı romanının ekranlaşdırılması zamanı çəkiliş meydanına gəlir. Raul Dyukun rolunu Conni Depp oynayırdı. Spirtli içkinin təsiri altında olan yazıçı kino ulduzunun saçını şəxsən özü kəsmək qərarına gəldi və o Conni Deppin başını keçəl etmişdi.