10 C
Baku
Thursday, December 12, 2024

Amerikanın “Lili” fintex startapı “AltalR Capital” və digərlərindən $10 mln. cəlb edib

Amerikanın “Lili” fintex startapı “Group 11”, “Foundation Capital”, “AltalR Capital” və digərlərindən 10 milyon dollar cəlb edib.

Banker.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat verib.

Bu xidmət uzaqdan işləyən işçilərə rahatlıq və ödəmələrin olmaması səbəbindən ildə 60 saat vaxt və 1700 dollar qənaət etməyə kömək edir. Şəxsi hesab ilə yanaşı, istifadəçi “Visa” debet kartı alır. Şirkət overdraft və ya beynəlxalq tranzaksiyalara görə komissiya çıxmır.

“Lili” nin baş direktoru Lilak Bar Davidin fikrincə, ənənəvi banklar uzaqdan işləyən insanların problemlərini həll etmirlər. O, xidmətini “hər şey birində” kimi təsvir edir: bank hesabı açmaqla yanaşı, müştəri maliyyə vəziyyətinə nəzarət üçün geniş çeşidli alətlər əldə etmiş olur.

Xatırladaq ki, “Lili” startapı 2019-cu ilə ABŞ-da işə salınıb. Hazırda bu xidmətdən ABŞ-ın 50-dən çox ştatında istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər