Azərbaycanın “SOCAR Polymer” şirkətinin istehsal etdiyi polipropilen homopolimer Rusiyanın bu məhsul idxalında ilk sıradadır.
Aprel ayında Rusiyanın polipropilen idxalında “SOCAR Polymer”in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib.
Xatırladaq ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq məhsul Türkiyə bazarına ixrac olunub.