6 C
Baku
Sunday, December 15, 2024

Almaniya iqtisadiyyatı ölkə tarixində ən çətin dövrü yaşayır

Almaniya kansleri Angela Merkel hazırda alman iqtisadiyyatının ölkə tarixində ən çətin dövrü yaşadığını deyib.

TASS xəbər verir ki, o, pandemiya ilə əlaqədar təxminən 7 mln. Almaniya sakininin yarım gün işlədiyini qeyd edib.

Merkel bu faktın sadəcə aydınlaşdırılmasının lazım olduğunu söyləyərək əlavə edib ki, ölkənin böhrandan çıxması üçün hər şey ediləcək.

Qeyd edək ki, Almaniyada milli iqtisadiyyatın stimullaşdırılmasına yönələn tədbirlər paketi razılaşdırılıb. Onun həcmi 130 mlrd. avro təşkil edir.

Son xəbərlər
Digər xəbərlər