15 C
Baku
Sunday, November 24, 2024

202 zonası: niyə “Google”, “Facebook” və “Amazon” yüz milyardlarla pul itirə bilərlər?

ABŞ-ın və dünyanın ən böyük texnoloji şirkətləri – “Amazon”, “Apple”, “Alphabet”, “Facebook” – hakimiyyətin antimonopoliya iddialarına görə milyardlarla dollar itirə bilərlər. İT nəhəngləri üçün bu təhlükə nə dərəcədə realdır?

ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində ən böyük texnologiya şirkətlər olan “Facebook”, “Google”, “Amazon” və “Apple” milyardlarla dollarlıq antimonopoliya iddiaları ilə üzləşirlər.

Koronavirus epidemiyasının başlamasından və “Twitter” ilə “Facebook” un prezident Donald Trampın paylaşımlarına sərt reaksiya göstərməsindən əvvəl, İT şirkətləri Vaşinqtonda öz maraqlarını təbliğ etmək üçün rekord miqdarda pul xərclədilər. İndi isə hər iki tərəf onların əleyhinədir: Demokratlar Partiyasının nümayəndəsi Emi Klobuşar “Uber” in ərzaq tədarükü xidmətini (Grubhub) almaq cəhdlərinə etiraz edir, respublikaçı Ted Kruz isə “Google” və “Facebook” a qarşı araşdırma aparmağın vaxtının çatdığını bildirir.

İyun ayının sonunda Konqresin İT şirkətləri haqqında hesabat yayımlaması gözlənilir və analitiklər rəqabətə diqqətin artması fonunda maliyyə risklərindən danışmağa başlayırlar. Belə ki, mart ayında “Morningstar” ın analitikləri böyük cərimələrin və sərt tənzimləmə mexanizminin “Alphabet” in kapitallaşmasını 15% azalda biləcəyini proqnozlaşdırmışdır. Ehtimallara görə, mövcud şərait “Facebook” a da təsir edəcək – səhmlər 11% ucuzlaşacaq. Nəticədə, kapitallaşma müvafiq olaraq 150 milyard dollar və 70 milyard dollar azalacaq.

Lakin “Google” və “Facebook” tək deyil. “Amazon” və “Apple” da həmçinin araşdırmalarla təhdid edilir, eyni zamanda “Twitter” də Trampın qəzəbinə tuş gəlir.

“Bu şirkətlər 202 zonasında çox vaxt keçirəcəklər”, – deyə Vaşinqtonu nəzərdə tutmuş “Wedbush” ın analitiki Den Ayvz bildirir.

Antimonopiloya araşdırmaları yenilik deyil. Bununla birlikdə, texnoloji şirkətlərə qarşı olan hərəkatlər ildən-ilə artmaqdadır, çünki bu sektorun ən böyük oyunçuları dünyanın ən bahalı iştirakçılarına çevriliblər. Məsələn, “Morningstar” ın verdiyi məlumata görə, “Google” onlayn axtarış bazarının 90%-ni, qlobal onlayn reklam bazarının isə 41%-ni tutur. “Facebook” un sosial şəbəkələr bazarındakı payı 59% təşkil edir, elektron ticarət bazarının liderləri isə “Apple” və “Amazon” şirkətləridir.

Bu vəziyyət bütün ştatlarda suallar doğurur. Xatırladaq ki, ABŞ-ın Ədliyyə Nazirliynin diqqətini çəkən şirkətlərdən biri də “Google” dur. Texasın başçılıq etdiyi bir qrup ştat, onlayn bazar liderinin rəqabəti əngəllədiyini araşdırmaq üçün istintaqa başlayıb. Nyu-Yorkun rəhbərlik etdiyi 47 ştat “Facebook” un reklam qiymətlərini araşdırır. Ötən il şirkət Federal Ticarət Komissiyasının “Instagram” və “WhatsApp” ı əldə edilməsi nəticəsində mümkün antimonopoliya qanun pozuntularını araşdırdığını açıqlamışdı.

“Microsoft” və onun kimi digər şirkətlər Avropa hakimiyyətlərindən daha çox zərər çəkiblər. 2008-ci ildə “Microsoft” Avropa İttifaqı tərəfindən antimonopoliya qanunun pozulmasına görə 1 milyard dollar məbləğində cərimələndi, “Google” son üç ildə analoji pozuntulara görə 9 milyard dollar ödədi. 2017-ci ildə isə Avropa İttifaqı “Facebook” aqarşı 122 milyon dollarlıq cərimə cəzasını tətbiq etdi.

Bəlkə də 2020-ci ildə bu cür cərimələr texnoloji şirkətlərin gözündə az görünəcək. “İT şirkətlərinin etməli olmadıqları şeylərin siyahısının yaradılması və rəsmiləşdirilməsi, bu vəziyyətdən çıxış yolu ola bilərdi”, – deyə “Wharton Business School” un professoru Herb Hovenkamp qeyd edir.

Lakin analitiklərin fikrincə, reallıq daha sərt ola bilər. Avropanın tətbiq etdiyi cərimələri nəzərə alsaq, ABŞ hökuməti “Google” a qarşı 13 milyard dollarlıq cərimə cəzası tətbiq edə bilər. “Facebook” – 6 milyard dollar. Cərimələrdən əlavə, yeni qanunvericilik və məhkəmə qərarları da əlavə əngəl ola bilər ki, bu da şirkətləri tədqiqat və inkişaf xərclərini artırmağa məcbur edir. “Antimonopoliya qanlarının pozulması ilə bağlı iddialar şirkətlər üçün ən ciddi təhlükədir, çünki rəqiblər onlar üçün təhlükə deyil”, – deyə “Morningstar” ın analitiki Ali Moqarabi söyləyir.

 

 

Son xəbərlər
Digər xəbərlər