9 C
Baku
Thursday, December 12, 2024

Afroamerikalının öldürüldüyü Minneapolisdə polis idarəsi ləğv ediləcək

ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürüldüyü Minneapolis şəhərinin polis idarəsi ləğv ediləcək.

Minneapolis Şəhər Şurası polis zorakılığına və davam edən etirazlara reaksiyalardan sonra polis idarəsinin bağlanacağını açıqlayıb.

“Şəhərimiz Minneapolis Polis İdarəsi ilə əlaqələrinə son qoymağı planlaşdırır”, – deyə Minneapolis Şəhər Şurasının sədri Liza Bender bildirib. Onun sözlərinə görə, polis idarəsinin yerinə ictimai təhlükəsizliyi təmin edəcək yeni bir sistemin yaradılacaq.

Şəhər meri Ceykob Frey isə polis idarəsinin ləğv edilməsini dəstəkləmir və islahatlar təklif edir. Lakin onun Minneapolis Şəhər Şurasında əksəriyyətin verdiyi qərara veto qoya bilməyəcəyi qeyd olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər