9 C
Baku
Thursday, December 12, 2024

Audit hesabatı “AccessBank”ın ötən il 4.7 mln. manat xalis mənfəətlə tamamladığını açıqladı

100% xarici kapitallı “AccessBank” QSC 2019-cu il üzrə 4.69 mln. manatlıq xalis mənfəət əldə etdiyi açıqlanıb.

Banker.az bu barədə banka kənar audit kimi cəlb edilən “PwC” beynəlxaq audit şirkəti tərəfindən aparılan hesabatında qeyd edilib.

“AccessBank” 2019-cu il ərzində effektiv faiz gəlirindən 95.08 mln. manatlıq gəlir əldə etməklə,  öncəki illə müqayisədə 13% artıma nail olub. Faiz gəlirinin 95.29 mln. manatı əsas fəaliyyət sahisəi olan kreditdən əldə edib. Digər 1.38 mln manatı investisiya qiymətli kağızlardan, 0.8 mln. manatı nağd vəsaitlər üzrə və 0.6 mln manatı isə maliyyə institutlarından əldə olunub.

Faiz xərcləri isə, əksinə, azalaraq 48.24 mln. manata düşüb, hansı ki, öncəki ildə bu rəqəm 51.67 mln. manat idi. Bankın qeyri-faiz gəlirləri isə 36,62 mln. manat üzərinə keçib.

Bank administrativ xərclərini 2019-cu ildə artıraraq 31.91 mln. manata (2018: 19.54 mln. manatdan) qədər artırsa da, işçi heyəti üzrə xərclərini bir qədər optimallaşdırmalı olub. İşçilərə çəkdiyi xərcləri 33.32 mln. manatdan 30.22 mln. manata qədər azaldıb. Ümumilikdə isə əməliyyat xərcləri 71.13 mln. manat olub.

AccessBank-ın gəlirləri bütün xərclərini qarşılamaqla, bank ötən il ərzində əlinə 4.69 mln. manatlıq xalis mənfəət ala bilib. Baxmayaraq ki, özü tərəfindən tərtib edilmiş hesabata baxdıqda bu bir qədər təəccüblüdür. Çünki, ötən ili bank zərər etdiyini açıqlamışdı. Audit hesabatı isə bununla bağlı pozitiv rəqəmlər ifadə edir.

Bu xalis mənfəət sonrası kapitalında defisit yaradan illərin yığılmış zərəri 169.58 mln. manatdan 164.89 mln. manata qədər azalmışdır.

222

AccessBank-ın 2019-cu ildən bu tərəfə yeni tərkibi belədir:

  • 1. Asiya İnkişaf Bankı – 19,90%
  • 2. Avropa İnvestisiya Bankı – 17,39%
  • 3. Beynəlxalq Maliyyə Korporasiyası – 16,56%
  • 4. responsAbility SİCAV (Lux) – 2,91%
  • 5. responsAbility Managment Company S.A – 7.11%
  • 6. Hollandiya İnkişaf Bankı – (FMO) – 9,41%
  • 7. Avsrtiya İnkişaf Bankı – 9,17%
  • 8. SİFEM AG – 8.89%
  • 9. EFSE – 2,78%
  • 10. Symbiotics SİCAV (Lux) – 2,27%
  • 11. GGF – 1.77%
  • 12. LFS Advisory GmbH – 1.27%
  • 13. Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58%

Digər maliyyə mulumatları əlavə ediləcək…

Son xəbərlər
Digər xəbərlər