“Naxçıvansığorta” ASC-nin İdarə Heyəti sədri vəzifəsindən azad olunub.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu, sığorta şirkətinin sədri Məmmədov Bəxtiyar Məmmədbağır oğludur.
Onun yerinə hər hansısa bir təyinatla bağlı məlumat verilmir.
Hazırda şirkətin İdarə Heyəti Ələkbərov Tural Abbas oğlu (üzv) və Babayev Əhməd Fizuli oğlu (müvəqqəti) kimi şəxslərdən ibarətdir.
4 may 2020-ci ildə Bəxtiyar Məmmədbağır oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edilib.
“Naxçıvansığorta” 2014-cü ildən dövlət qeydiyyatına alınıb və 5.5 mln. manat nizamnamə kapitalına sahibdir. Kapitalının yeganə payçısı “NaxçıvanBank” ASC-dir.