“Premium Bank” əmək haqlarına çəkdiyi xərclər artıb.
Banker.az bu barədə bankın audit hesabatına istinadən xəbər verir.
2019-cu ildə Bank işçilərin əmək haqlarına 5 milyon 167 min manat xərc çəkib ki, bu da əvvəlki illə müqayisədə 242 min manat və yaxud 5% artımın olmasıdır. 2018-ci ildə “Premium Bank”ın işçilərinin əmək haqqı və müavinətinə çəkdiyi xərc 4 milyon 925 min manat təşkil edib.
Həmçinin 2019-cu ildə Premium Bank reklam və marketinq xərclərinə 15 milyon 501 min manat, 1 milyon 898 min manat icarə xərci, 1 milyon 45 min manat sığorta xərci çəkib.
“Premium Bank” ötən il 1 milyon 898 min manat icarə xərci çəkib ki, bu da 2018-ci illə müqayisədə 1,5 dəfə azalması deməkdir.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.
Onu da qeyd edək ki, “Premium Bank” ötən ay nizamnamə kapitalını 47,8% artıraraq 104 601 420 manatdan 154 601 370 manata çatdırıb.