Rusiya ilə Türkiyə “S-400” zenit-raket kompleksinin ikinci komplektinin tədarükü ilə bağlı prinsipial olaraq razılıq əldə ediblər.
NTV telekanalı xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir məlumat verib.
Onun sözlərinə görə, kompleksin daşınması ilə bağlı detalların birgə istehsalı və yol xəritəsi qalıb.
Qeyd edək ki, “S-400”ün birinci komplekti artıq Türkiyədə quraşdırılır. Onun daşınmasına 2019-cu ilin iyulundan başlanılıb. Həmin müqavilənin qiyməti 2,5 mlrd ABŞ dollarıdır.
Xatırladaq ki, Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb.