14 C
Baku
Sunday, November 23, 2025

Koronavirus Yaponiyada orta aylıq əməkhaqqının apreldə azalmasına səbəb olub

Yaponiya hökumətinin yaydığı məlumata görə, koronovirus pandemiyasına görə müəssisələrin əksəriyyətinin könüllü şəkildə bağlanması orta aylıq əməkhaqqının apreldə azalmasına səbəb olub.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi ölkə üzrə 30 mindən çox müəssisədə keçirilən sorğunun nəticələrinə görə məlumat yayıb.

Bildirilir ki, apreldə işçilər orta hesabla 275 min yen (təqribən 2500 dollar) əməkhaqqı alıblar. Buraya onların baza əməkhaqqı və digər əlavə ödənişlər daxildir. Ümumilikdə illik hesablamada bu göstəricinin 0,6 faiz aşağı düşdüyü qeyd edilir ki, bu da son dörd ayda ilk dəfə baş verib. Ümumi qiymətləndirmə ifadəsində isə onun 0,7 faiz aşağı düşdüyü bildirilir ki, bu da son iki ayda ilk dəfə qeydə alınıb.

Bildirilir ki, həmin ay ştatda olan işçilərin orta aylıq əməkhaqqı 356 min yen (təqribən 3280 dollar) təşkil edib. Burada da son doqquz ayda ilk dəfə 0,6 faiz enmə qeydə alınıb.

Sorğunun nəticələrinə görə əlavə iş üçün orta ödəniş 230 dollar təşkil edib ki, bu da əvvəlki ilin həmin göstəricisi ilə müqayisədə 12,2 faiz azalma deməkdir.

Eyni zamanda, restoran və əyləncə biznesinin də daxil olduğu xidmət sahələrində əməkhaqlarının kəskin düşdüyü qeyd edilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər