6 C
Baku
Monday, December 16, 2024

“Honda” kiberhücum səbəbindən avtomobil tədarükünü dayandırır

“Honda” konserni kiberhücum səbəbindən avtomobil tədarükünü müvəqqəti olaraq dayandırmaq məcburiyyətindədir. Banker.az xəbər verir ki, bu barədə yerli TV-yə istinadən TASS məlumat verib.

Yaponiya mediasının verdiyi məlumata görə, kiberhücum iyunun 8-də baş verib. Bunun nəticəsində şirkətin üç fabrikində avtomobillərin qeydiyyata alınması sistemi sıradan çıxıb.

Hazırda “Honda” nın elektron sistemi bərpa edilir, mütəxəssislər ehtimal olunan kiberhücumla əlaqədar istintaqa başlayıblar. Konsern daxili şəbəkəsinə girişi dayandırıb.

Son xəbərlər
Digər xəbərlər