6 C
Baku
Sunday, December 15, 2024

“Tesla” nın səhmləri rekord səviyyəyə çatıb

“Tesla” şirkətinin səhmləri rekord səviyyəyə qalxıb – 919 dollardan 949,92 dollara qədər. Bildirildiyi kimi, belə artımın əsas səbəbi Çində elektrik avtomobillərin satışları olmuşdur.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, may ayında “Tesla” çinli alıcılarına 11 095 dənə Model 3 avtomobilini satıb, “Reuters” bildirir. Qeyd edək ki, avtomobillər şirkətin Şanxaydakı zavodunda istehsal olunur.

Ümumilikdə Covid-19 Çindəki istehlakçılara və müəssisələrə təsiri nəticəsində yaranan azalmadan sonra “Tesla” nın satışları 205% artıb – aprel ayında təqribən 4 min avtomobil satılıb.

Xatırladaq ki, şirkətin əvvəlki rekordu fevral ayında 917,42 dollar olmuşdur. Bununla yanaşı, “Tesla” nın dövlətdən dəstək aldığını da vurğulamaq lazımdır. Belə ki, yerli banklar müəssisəyə 1,6 milyard dollar yatırım ediblər.

Son xəbərlər
Digər xəbərlər