7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda holdinqə daxil olan 2 şirkət ləğv olunduğunu elan etdi

Azərbaycanda fəaliyyət göstərən “El Holding”ə daxil olan iki şirkət ləğv edildi.

Banker.az xəbər verir ki, “Ameqo” MMC və “El Trade” MMC ləğv olunduqlarını elan edir.

“El Trade” şirkətinin kreditorlari iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 93, mənzil 27 ünvanına, “Ameqo” şirkətinin kreditorları isə iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Köndələn eninə 4-cü, ev 5 ünvanına bildirə bilərlər.

Ləğv edilən iki şirkət “El Holdingə” daxildir. “El Trade” şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Mail Salamovdur. Digər şirkət olan “Ameqo” MMC-nin isə nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Samir İmaməliyevdir.

Xatırladaq ki, “EL Holdinq” əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Holdinqin tərkibinə “EL Cargo” yük daşımaları şirkəti, “EL Metal” armatur istehsalı zavodu, “EL Engineering” avadanlıq və ehtiyat hissələrinin istehsalı şirkəti, “EL Travel” turizm şirkəti, “Kruasan” fransız qənnadı məhsulları şəbəkəsi, “VERTU” Azərbaycanda rəsmi təmsilçiliyi, “Donat Mg” müalicəvi mineral suyunun distribyutorluğu, “EL Restoran” və digər şirkətlər daxildir.

Onu da qeyd edək ki, ötən ay “El Holding”ə daxil olan “El Cargo” yükdaşıma şirkəti təşkilati-hüquqi formasını dəyişərək səhm bazarına “qapalı” şəkildə girdi.

Son xəbərlər
Digər xəbərlər