İlin əvvəlindən 19 368 ədəd Pos terminal quraşdırılıb

1 iyul tarixində Azərbaycanda bankomatların sayı 2 476 ədədə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il ilə müqayisədə ötə üzrə bankomatlar 125 ədəd artıb.

Həmçinin Bakı şəhərində olan bankomatlar 1 389 ədəd, regionlarda olan bankomatlar isə 1 087 ədəd təşkil edib.

Pos Terminalların sayı isə ötən ay ilə müqayisədə 3 831 ədəd, ilin əvvəlindən isə 19 368 ədəd artaraq 52 413 ədədə çatıb.

O cümlədən Bakı şəhəri üzrə olan Pos terminalların sayı 37 079 ədəd, Regionlar üzrə Pos terminalların sayı isə 15 334 ədəd təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər