Mark Landis ABŞ-ın onlarla muzeyini aldatmış bir şəxsdir. Demək olar ki, 30 il ərzində o, müxtəlif adlarla muzeylərə saxta rəsm nümunələri hədiyyə etmişdir. Onun bu fəaliyyətini yalnızca 2010-cu ildə Hilliard muzeyinin direktoru Mark Tullosun sayıqlığı nəticəsində aşkar etmək mümkün oldu.
İlk öncə Tullosa guya yəhudi kahini olan “Artur Skott ata”-dan məktub gəlir. Məktubda “kahin” muzeyə amerikan impressionisti Çarlz Kortninin bir rəsmini hədiyyə etmək istədiyini bildirmişdir. Öz hərəkətini o onunla izah etmişdir ki, onun rəhmətə getmiş valideynləri də zamanında muzeylərə himayədarlıq etmişlər. Direktor rəsmi qəbul etdi və “kahin” burada iştirak edən hər kəsə xeyir-dua verdi.
Muzeyin direktoru Tullosun qeyd etdiyinə əsasən, saxta rəsm olduqca təbii görünürdü və o bunun saxta olduğunu hiss etməyib. Rəsm barədə şübhələr isə ilk öncə muzeyin qeydiyyatçısında yarandı. Mikroskop altında rəsmə baxdıqda bunun saxta olduğu aşkarlandı və bu Luiziana Dövlət Universitetində baş verən hadisəni xatırlatdı. Onda da Mark Landis muzeyi saxta rəsmlərlə aldatmaq istəmişdi. Keçmiş sənədlərə baxdıqda Tullos şəkildəki insanın məhz Mark Landis olduğunu anladı.
Mark Tullos muzeylər assosiasiyasına saxtakarla bağlı xəbərdarlıq məktubu göndərdikdən sonra “xeyriyyəçi” ilə bağlı yeni xəbərlər yayılmağa başladı.
Burada 30-dan amerikan muzeyi vardı ki, Mark Landisdən müxtəlif adlarla rəsm əsəri qəbul etmişdilər. Muzeylərə “hədiyyə” edilən rəsmlərin böyük bir hissəsi artıq sərgilərdə nümayiş etdirilmişdi. Çünki rəsmləri hədiyyə edən “xeyriyyəçi”nin əsas tələbi rəsmlərin mütləq sərgilərdə nümayiş etdirilməsi idi.
Amerika Muzey Assosiasiyası Landisin bu geniş miqyaslı saxtakarlığından xəbər tutduqda polis və FBI problemlə üzləşdilər. Belə ki, Landisi mühakimə edəcək uyğun bir maddə yox idi. Çünki o bu saxta rəsm əsərlərini satmamış və onlardan bir qəpik belə qazanmamışdı. O hətta buna heç cəhd də etməmişdi.
2012-ci il aprelin 1-də bütün saxta rəsm əsərlərinin iştirak etdiyi “Faux Real” adında Landisin şəxsi sərgisi keçirildi.