3 C
Baku
Saturday, December 14, 2024

İsveçrənin 20 illik şirkəti Azərbaycanı tərk etdi

Azərbaycanda 6 ildir fəaliyyət göstərən İsveçrə şirkəti ölkəni tərk edir.

Banker.az xəbər verir ki, bunu şirkət özü məlumat yayıb. Məlumatda qeyd edilir ki, “Private Asset Partners AG” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 185, mənzil 79 ünvanına bildirə bilərlər.

Bildirək ki, “Private Asset Partners AG” şirkəti İsveçrədə 2000-ci ildə fəaliyyətə başlayıb. Lakin bu şirkətin Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Rofel Qurbanovdur.

 

Son xəbərlər
Digər xəbərlər