13 C
Baku
Friday, November 22, 2024

Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə mütəxəssis – (DəmirBank)

İŞÇININ VƏZIFƏSI:

• Mərkəzi Bankın rəsmi valyuta məzənnələri və Bankın valyuta kurslarının təyin olunma prinsiplərinə əsasən xususi kurstəyinetmə mexanizmi ilə gündəlik Bank valyuta alqı-satqı məzənnələrini təyin  etmək;
• Bankdaxili konvertasiyalar üzrə əməliyyatlarda keçən günün valyuta kurslarının tətbiq edilməsilə yarana biləcək itkilərin qarşısının alınmasında iştirak etmək;
• Elektron poçtla daxil olan Mərkəzi Bankın valyuta məzənnələrini kompyuterdə arxivləşdirmək;
• Konvertasiya əməliyyatlarına nəzarət, mübadilə əməliyyatlarının aparılmasında Bank valyuta kurslarından  kənarlaşma hallarında rəhbərliyi məlumatlandırmaq;
• Konvertasiyaların fərqli məzənnələrlə aparılması ilə bağlı filialın müraciətlərinin təhlil edərək departament direktoru ilə razılaşdırılmaq;
• Açıq Valyuta Mövqeyi limitlərinin qorunmasına nəzarət etmək;
• Bağlanmış FOREX sazişlərı ilə  yaranmış öhdəliklərin tələb olunan vaxtda və düzgün ünvana köçürülməsini təmin etmək;
• FOREX mövqeləri üzrə aprılmış əməliyyatları sənədləşdirmək;
• Yüksək likvidli və digər qiymətli kağızlara investisiyaları təhlil etmək və təkliflər vermək;
• Forvard əməliyyatlarının keçirilməsini rəsmiləşdirmək;
• Valyuta svopları üzrə əməliyyatların keçirilməsini rəsmiləşdirmək.

TƏLƏBLƏR:

• Ali təhsil, xaricdə təhsil  üstünlükdür (maliyyə, risk menecment, investisiya yönümlü ixtisaslar);
• TQDK imtahan balının 550-dən yüksək olması (Azərbaycanda təhsil aldığı halda);
• Yüksək səviyyədə komputer biliklərinə sahib olmaq;
• Maliyyə alətləri ilə alqı-satqı etməkdə maraqlı şəxslər, istiqraz, səhm, törəmə maliyyə alətləri sahəsində məlumatı olmaq;
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə sahib olmaq;
• Rus və ingilis dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığına sahib olmaq;
• Kollektiv mühitdə işləmək bacarığına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 avqust 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinə  mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər