Milli Məclisin (MM) deputatlarının, MM Aparatının və İşlər müdirinin xidmətinin işçilərinin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, indiyə qədər, o cümlədən sonuncu dəfə aparılan bütün koronavirus testinin nəticələri neqativ çıxıb.
Məlumatda bildirilib ki, indiyədək Milli Məclisin deputatlarının, Milli Məclis Aparatının və İşlər müdirinin xidmətinin işçilərində koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Həmin qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin hərarəti yoxlanılır.