16 C
Baku
Sunday, November 23, 2025

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları, yaxud 1,3% artaraq 92,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 36,6 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 57 milyon ABŞ dolları, yaxud 0,2% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,25 milyard ABŞ dolları, yaxud 2,3% artaraq 55,6 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər