6 C
Baku
Monday, December 16, 2024

“FED tez-tez səhv edir”: Donald Trampdan daha bir tənqid

ABŞ prezidenti Donald Tramp ölkənin Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) iqtisadi proqnozlarını yenidən tənqid edib. Bu barədə ABŞ prezidenti “Twitter”dəki səhifəsində bildirib.

“Federal Ehtiyat Sistemi tez-tez səhv edir. ABŞ-ın iqtisadi artım sürəti üçüncü rübdə gözləntiləri üstələyəcək.”, – Tramp qeyd edib.

Ağ Ev lideri qeyd edib ki, ABŞ-da tezliklə yeni növ koronavirus infeksiyasından müalicə üçün peyvənd hazır olacaq.

https://twitter.com/realDonaldTrump/status/1271096748983955461

Bundan əvvəl, ABŞ prezidenti Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcəsini rəqib ölkələrin səviyyəsinədək endirməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər