“Twitter” sosial şəbəkəsinin administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli olduğu iddia edilən 32 mindən çox şübhəli akkauntu (hesabı) bloklayıb.
Bu barədə “Twitter”in rəsmi saytında yayımlanan bəyanatda deyilir.
Qeyd olunub ki, 32 242 hesab bağlanıb, onların yayımladığı bütün materiallar silinib.
“Twitter” nümayəndələri bu hesabların üç ölkənin səlahiyyətliləri ilə əlaqəli olduqlarını və “məlumat əməliyyatları”nda iştirak etdiklərini iddia ediblər.
Açıqlamada bunun sosial şəbəkə qaydalarını pozduğu bildirilib.
Belə ki, bu hesabların 23 750-si Çin, 7 340-si Türkiyə, 1 115-i Rusiya ilə əlaqəlidir.