11 C
Baku
Monday, September 30, 2024

“Facebook” startaplara investisiya qoymaq üçün ayrıca bir bölmə yaratdı

“Facebook” New Product Experimentation (NPE) komandası üçün “investisiya rəhbəri” vakansiyasını açıq elan edib. Qeyd edildiyi kimi, şirkət “çox milyon dollarlıq” eksperimental investisiya fonduna rəhbərlik edəcək investorları axtarır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İdeal olaraq namizədin 10 ildən çox İT sahəsində təcrübəsi olmalıdır. Bildirilir ki, “Facebook” bu vəzifəyə artıq namizəd tapıb, lakin adını açıqlamır.

Yeni fondun idarə edilməsinə həmçinin daha əvvəl “Google” da çalışan Şabih Rizvi və Kleiner Pekins, o cümlədən Gradient Ventures (“Alphabet” in vençur korporativ fondu) kömək edəcək.

Mütəxəssislərin fikrincə, yeni fond şirkətə tendensiya yaratmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər