Bu ilin yanvar-may aylarında Naxçıvan MR xarici ölkələrlə 155,6 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 2,9% çoxdur.
Son 1 ildə muxtar respublikanının ixracının dəyəri 0,6% artaraq 128,2 milyon ABŞ dolları, idxalının dəəri isə 15,4% artaraq 27,4 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, 5 ay ərzində xarici ticarətdə 100,8 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,8% azdır.