10 C
Baku
Thursday, December 12, 2024

Son beş ayda Azərbaycan iqtisadiyyatına yatırım edən ölkələr məlum oldu

2020-ci ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2016,0 milyon manat vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1783,4 milyon manatı (88,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.

2020-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,8 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 18,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 85,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Son xəbərlər
Digər xəbərlər