1 C
Baku
Saturday, December 14, 2024

Texniki səbəbdən adları “icazə.e-gov.az” düşməyən şəxslərin cərimələri ləğv edilə bilər

“Bizim sistemlə Daxili İşlər Nazirliyinin sistemi inteqrasiya olunub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyevin sözlərinə görə, sistemdə şəxsin icazəsi varsa, bu o deməkdir ki, onun karantin müddətində icazəsi var: “Belə şəxsə inzibati cərimə yazılıbsa, o, ləğv oluna bilər. Şəxs evdən çıxan zaman elektron hökumət portalında icazəsinin olub-olmadığını yoxlaya bilər”.Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev nəzərə çatdırıb ki, “icaze.e-gov.az” portalında şəxsin adı yoxdursa, cərimə tərtib olunmalıdır: “Elə hallar da olub ki, şəxsin adı 1-2 saat sonra portala daxil edilib. Təşkilatın rəhbəri adları gec daxil etdiyi üçün polisin yazdığı cərimə qanunidir və ləğv oluna bilməz. İddia edən şəxslər varsa ki, adları hansısa texniki səbəbdən portala düşməyib, biz o cərimələri ləğv edə bilərik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər