“Hazırda xəstə sayı artır. Xəstə o qədər çoxdur ki, yer çatışmazlığı yaşana bilər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri qeyd edib ki, bu səbəbdən
tədris kurslarının açılmasına yoluxma sayına uyğun olaraq qərar veriləcək: “Hazırda bununla bağlı konkret fikir yoxdur”.