6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycan Beynəlxalq Bankı” investisiya şirkəti yaradıb

Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb.

Söhbət “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) təsis etdiyi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dən gedir.

Yeni maliyyə qurumunun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir. O, indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.

Xatırladaq ki, ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus “International Transaction System” MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra – ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər