19 C
Baku
Thursday, October 17, 2024

Pekində koronavirusun ikinci dalğası ilə əlaqədar olaraq hərbi rejim tətbiq olundu

Pekin hakimiyyəti koronavirus infeksiyasının ikinci dalğası ilə əlaqədar olaraq şəhərin bütün yaşayış məntəqələrində hərbi rejim elan edib.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Çin paytaxtında ictimai yerlərdə sanitariya tədbirləri yenidən gücləndirilib. Mədəni və idman tədbirlərinin keçirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Yoxlama məntəqələri gecə-gündüz nəzarət həyata keçirirlər.

Qeyd edək ki, son üç gündə paytaxtda 100-ə yaxın yeni yoluxma halı qeydə alınıb. İnfeksiyanın yeni dalğası Pekinin ən böyük ərzaq bazarı olan “Sinfadi” də müşahidə olunub.

Son xəbərlər
Digər xəbərlər