ABŞ-ın Ticarət Nazirliyi 5G rabitə sisteminin yaradılması sahəsində “Huawei” ilə əməkdaşlığa qoyulan qadağanı ləğv edəcək. Banker.az xəbər verir ki, bu barədə idarənin “Twitter” səhifəsində deyilir.
Bununla yanaşı, eyni bəyanatla ABŞ-ın ticarət naziri Uilbur Ross sıxış edib. Onun sözlərinə görə, ABŞ qlobal innovasiyalar sahəsində liderliyindən imtina etməyəcəkdir.
Xatırladaq ki, mayın 14-də ABŞ prezidenti Donald Tramp, amerikan şirkətlərinə “Huawei” in istehsal etdiyi telekommunikasiya avadanlıqlarında istifadə qadağasının müddətinin uzadılması barədə sərəncam imzalamışdı.