21 C
Baku
Friday, October 4, 2024

Beynəlxalq Maliyyə Korporasiyası “TuranBank”a yardım edir

“Dünya Bankı” qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ticarətin maliyyələşdirilməsində riskləri azaltmaq, kiçik beynəlxalq ticarətçilər üçün daha yaxşı həll yolları təklif etmək və onların yeni xarici bazarlara çıxmaq səylərini dəstəkləmək məqsədilə “TuranBank”ın əməkdaşları üçün təlimlərin keçirilməsinə yardım göstərir.

Bankdan bildiriblər ki, IFC-nin Ticarətin Maliyyələşdirilməsi üzrə Qlobal Proqram (GTFP) məsləhət xidmətləri çərçivəsində ticarət əməliyyatlarının həyata keçirilməsində banka dəstək olaraq bir sıra təlim proqramları təşkil edir. “Niyyətimiz müştəriləriə yeni məhsulların və ticarətin maliyyələşdirilməsi sahəsində sərfəli həll yolları təqdim edilməsində bazarda əsas oyunçulardan birinə çevrilməkdir. IFC-nin təlim proqramları bu strateji məqsədə nail olmaqda bizə kömək edəcək” – deyə “TuranBank”ın idarə heyətinin sədri Nazim Sadıqov vurğulayıb.

IFC Ticarətin Maliyyələşdirilməsi üzrə Qlobal Proqram məsləhət xidmətləri vasitəsilə 60-dan çox ölkədə keçirdiyi 220 təlimə 5 min 400-dən çox bank əməkdaşını cəlb edib. Azərbaycan 1995-ci ildən etibarən bu təşkilatın üzvüdür. Otən dövr ərzində IFC ölkəmizdə müxtəlif layihələrə 414 milyon ABŞ dollarından çox sərmayə yatırıb, habelə və digər kreditorlardan 73 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti cəlb edib. Bundan əlavə, özəl sektorun inkişafı məqsədilə 10-dan artıq məsləhət xidmətləri layihələri həyata keçirib.

 AzərTAc

Son xəbərlər
Digər xəbərlər