12 C
Baku
Sunday, November 17, 2024

İstifadəçilər YouTube videolarını reklamsız izləməyin asan yolunu tapdılar

YouTube-dakı videoları reklam olmadan izləmək üçün ən yaxşı seçim ödənişli abunə almaqdır. Banker.az xəbər verir ki, bununla siz YouTube-un imtiyazlı istifadəçisinə çevrilməklə yanaşı, videoların yaradılmasına öz vaxtını və pulunu xərcləyən müəlliflərin hüquqlarını qorumuş olursunuz.

Reklamdan qurtulmağın ikinci yolu onları blok edən proqramlardan (onlardan ən məşhuru AdBlock-dur) və ya brauzerdən (mələsən, Opera) istifadə etməkdir. Bu variant YouTube bloqqerləri qəzəbləndirsə də, qanunsuz deyil və qadağan olunmayıb.

Lakin unutmayın ki, reklam blok edən proqramlar brauzerin işini ləngidir. Xüsusilə də köhnə və zəif kompüterlərdə. Məhz bu kimi hallar üçün YouTube-u daha rahat izləməyin üçüncü yolu var.

Etməli olduğunuz tək şey, videonu açdıqdan sonra brauzerin ünvan sətrinə “.com” -dan sonra bir nöqtə daxil etməkdir – qeyd edək ki, nöqtə “/” işarəsinin qarşısında qoyulmalıdır. Bundan sonra “Enter” düyməsini basın və səhifəni yeniləyin. Beləliklə, videoda olan bütün reklamlar avtomatik olaraq blok ediləcək.

Son xəbərlər
Digər xəbərlər