10 C
Baku
Wednesday, December 11, 2024

“Lider TV”nin müflis elan edilməsi ilə bağlı qərar verildi

Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasına baxılıb.

Hakim İlham Əhmədovun sədrlik etdiyi iclasda iddia təmin edilib.

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində “Lider TV” (1 sentyabr 2000-ci ildən), həmçinin “Radio Lider” fəaliyyət göstərir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər